Sərraf Şiruyə
176
ALANDIMI
Bu
qara qaş,
bu qara göz,
Məni məndən alandımı?
Həsrətini, möhnətini,
Ürəyimə salandımı?
Çox ürkəkdi, səksəkədi,
Dodaqları bir tikədi.
Deyirlər ki, məleykədi,
Doğrudumu, yalandımı?
Yanaqları dağ lalası,
Ağzı saqi piyalası,
Görən bu göllər sonası,
Heç qeydimə qalandımı?
Dedim: – nazlı yar görürəm,
Dedi: – saçda qar görürəm.
Dedim: – ümid
var görürəm,
Dedi: – heç gör olandımı?
Şiruyəni qəmi üzdü,
Eşqin həsrət dəmi üzdü.
Busə umdum, ağız büzdü,
Dedi: – zalım, talandımı?