Susma, ürək…
167
EŞQİDİR
Nə Məcnun eşqidi, nə də ki Kərəm,
Mənim eşqim sirli qüdrət eşqidir!
Mənim eşqim yanar, yanar səngiməz,
Küllü aləmlərin heyrət eşqidir!
Mənim eşqim hər vaxt əsər
bir külək,
O qeyb olmuş bax bir ruhdu, bir mələk.
Mənim eşqim sevənlərə bir örnək,
Sevgi, məhəbbətə ziynət eşqidir!
Mənim eşqim bu fənaya sığışmaz,
Küllü ərzə, bu səmaya sığışmaz,
Mənim eşqim bir dünyaya sığışmaz,
İki cahan, həsrət, firqət eşqidir!
Bu
eşqi hər yetən duyanmaz heyhat,
Qanan beş öncədən
1
verər hesabat.
Mənim eşqim Mustafaya salavat,
Hüseyni görəcək möhnət eşqidir!
1
Bеş öncə – Məhəmməd, Əli, Həsən, Hüsеyn, Fatimə.