Susma, ürək…
159
MƏNİ
Bir əlacsız bəndən idim – səndən dilək dilədim,
Xoş vüsala yetirmisən, Qadiri-Qüdrət məni.
Şükür sənin dərgahına, ey aləmlər sərvəri,
Çəkib çıxardı müşgüldən sən verən cürət məni.
Ey Adilim, ey Qadirim, ey mənim Yaradanım,
Sənin o minbir adına qurban olsun bu canım.
Dar ayaqda sənə gəldi ancaq ümid, gümanım,
Hifz etdi qəza-qədərdən verdiyin nüsrət məni.
Ey Zahirim, ey Batilim, sirri-Sübhanım mənim,
Ey axşamım, ey sabahım, ümid, gümanım mənim,
Sənsən dərdimin dəvası, təbib, loğmanım mənim,
Zərrə xoş nəzər eyləsən tapar şəfaət məni.
Sən yaratdın altı gündə küllü-ərzi, ay Allah,
Hökm elədin qələm yazdı – La ilahə illəllah.
Məhəmmədən Rəsulillah, Əliyyən Vəliyullah,
Şükür sənə, bu hikmətə etdin hidayət məni.
Şiruyəyəm, xəbərdaram neçə-neçə ayətdən,
İnamım var, gedən günü bu dünyadan, həyatdan,
Qurtarar məhşər odundan, ötüşdürər siratdan,
Ürəyimdə Hüseynimə olan məhəbbət məni.
|