Sərraf Şiruyə
16
GÖRÜM
Aqilsənsə nadanların,
Tənəsindən yanma görüm.
Sərrafsansa gördüyünü,
Duyma görüm, qanma görüm.
Məna duyma hər baxışdan,
Hər kəlmədən, hər alqışdan.
Xəyanətkar dost-tanışdan,
Etibarı danma görüm.
Söyülməyi xoşlamasan,
Döyülməyi xoşlamasan,
Əyilməyi xoşlamasan,
Şiruyətək sınma görüm.
GƏTİRƏR
Xoş
əməlnən dolan eldə,
Xoş əməl alqış gətirər.
Yaman
olub lənətlənmə,
Yamanlıq qarğış gətirər.
Kərəmli ol, bəxtin yarsa,
Tale sənə vəfadarsa.
Xarabalıq
harda varsa,
Xəbəri bayquş gətirər.