GƏLMİŞƏM
A dağlar maralı, ellər gözəli,
Gəl görüşək, sorağına gəlmişəm.
Sən kərəmli ağa, mən günahkar qul,
Kərəm umub ayağına gəlmişəm.
Həsrətim müdamdı, qəmim müdamdı,
Bilməm nə istəkdi, bilməm nə kamdı?
Hüsnünün şöləsi yanar bir şamdı,
Pərvanəyəm, çırağına gəlmişəm.
Korğun yannam, bir ətəklə alovla,
Yanan deyləm hər ötəri alovla,
Şiruyəyəm, caynağına al ovla,
Tərlan sənsən, oylağına gəlmişəm.
Susma, ürək…
201
Bir dərdə təsəlli tapılmayanda,
İnsan özü ömür-gündən bezərmiş.
|