Susma, ürək…
199
GƏLƏRƏM
Günəş olub nur çilərəm yoluna,
Ümid olub gümanına gələrəm.
Baş qoyaram bu ilqara, bu əhdə,
İlqarına, peymanına gələrəm.
Ürəyimdən çıxmayıbsan hələ sən,
Kirpiklərim arasında giləsən.
Min yol mələyərəm, bir yol mələsən,
Quzu olub qurbanına gələrəm.
Şiruyəyəm, həsrətim sən, ahım sən,
Müqəddəs and yеrim, səcdəgahım sən,
Tacidarım, qibləgahım, şahım sən,
Fərman versən, fərmanına gələrəm.
Sərraf Şiruyə
200
Dostları ilə paylaş: |