Sərraf Şiruyə
208
ÇƏTİNDİR
Elə gül deyirsən, gülə bilmirəm,
Ağlaya-ağlaya gülmək çətindir.
Axan göz yaşını silməyə nə var,
Ürək ləkəsini silmək çətindir.
Zaman dəbdəbəli zaman olsa da,
Müşgülün açılmır, güman olsa da,
Dünyaya gəlişin asan olsa da,
Mənalı yaşamaq, ölmək çətindir.
Həyacan təblidir hər gün, hər saat,
Məhv olur bir anda qurduğun büsat.
Vallah möcüzədir, Şiruyə, həyat,
Fikrini, sirrini bilmək çətindir.
HAYIFIM GƏLİR
Nadanlardan danışmaram, demərəm,
Dodağa, ağıza hayıfım gəlir.
Nakişidən yazmamışam, yazmaram,
Qələmə, kağıza hayıfım gəlir.
Qədir bilməz nə anlayar hörməti,
Heçə sayar hər çəkilən zəhməti.
Nankora vermərəm bircə qisməti,
Çörəyə, həm duza hayıfım gəlir.
|