Sərraf Şiruyə
212
ALA BİLMƏZSƏN
Bu payı haqq veribdi,
Bəndə, ala bilməzsən.
Ölsəm də qalmalıdı,
Məndə, ala bilməzsən.
Yüz cür tələ qursan da,
Səngər, bələ qursan da,
Kələk, hiylə qursan da,
Gündə, ala bilməzsən.
Əl çək beynimdən mənim,
Çıxmaz əynimdən mənim,
Bilik təhnəmdən mənim,
Kündə ala bilməzsən.
And içib, əhd etsən də,
Cismini şəhd etsən də,
Yüz nədir, cəhd etsən də,
Min də ala bilməzsən.
Min el ala bilməyib,
Min əl ala bilməyib,
Min ləl ala bilməyib,
Sən də ala bilməzsən.
|