Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə220/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   216   217   218   219   220   221   222   223   ...   260
Sərraf Şiruyə             
                           
                          
 
 
234 
 
AĞLADAR SƏNİ 
Həyat yoldaşım Cəmilə xanıma 
 
Az qalıb, ay gülüm, son gedişimə, 
Qurulan matəmim ağladar səni. 
Yarımçıq sətirlər haray çəkəndə
Sahibsiz qələmim ağladar səni. 
 
Torpaq olar son axirət beşiyim, 
Anam məzar – çəkər qayğı-keşiyim. 
Sükuta qərq olan evim, eşiyim, 
Kəsilən get-gəlim ağladar səni. 
 
Şəkilim üstündə olan başdaşım, 
Sənə məlul-məlul baxan göz-qaşım. 
Yaxınım, uzağım, dostum, sirdaşım, 
Hər könül həmdəmim ağladar səni. 
 
Gələr xatirinə eh, nələr, nələr... 
Yanağına onda gözün qəm ələr. 
Yadına düşdükcə dərdli gecələr
Əzablı sitəmim ağladar səni. 
 
Solar yanağının gül rəngi itər, 
Harayın bir yana çətin ki yetər. 
Sərraf Şiruyəyəm, hər şeydən betər
Çəkdiyim hər qəmim ağladar səni. 
  

Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin