Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə65/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   61   62   63   64   65   66   67   68   ...   260
             
                           
                          Susma, ürək…
 
 
69 
Haramxor alçağa qardaş olmasam
Bedasıl adamla sirdaş olmasam, 
Nadanla, qanmazla yoldaş olmasam, 
Yüz il də yaşasam yaram az olar. 
 
Durma ətrafında bəd nəfəslərin
Ayrıdı pərdəsi kobud səslərin. 
Ay Sərraf Şiruyə, nadan kəslərin, 
Əhdi, etibarı çox dayaz olar. 
 
 
 
ÇƏKİLMİR 
 
Dünya yaranandan haqqın karvanı, 
Elə yoxuş qalxır, düzə çəkilmir. 
Nahaqq meydan alır kor şeytan kimi, 
Ocağa atılmır, közə çəkilmir. 
 
Çay var, kükrəsə də suyu içilməz, 
Sısqa var, damlası baldan seçilməz. 
Elə günah var ki, ondan keçilməz
Qan var, bağışlanır, üzə çəkilmir. 
 
Gəl, dünya qəmindən, Şiruyə, əl çək, 
Dünya başdan başa hikmətdi, gerçək. 
Kömür də qaradı, ancaq sürmətək
Nə qaşa, nə də ki gözə çəkilmir. 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin