Sərraf Şiruyə
72
ƏYİLMƏZ
Şöhrət xatirinə, ay əzizlərim,
Namərdə, nakəsə insan əyilməz.
Zalıma güc verən dövran önündə,
Başım əyilsə də, vicdan əyilməz.
İnsan haqq yolunda döyülə bilər,
Amalı uğrunda söyülə bilər,
Naşı əllərində əyilə bilər,
Ustad əllərində kaman əyilməz.
Şiruyə, bu qədər bəd-güman olma,
Zalımdan mərhəmət, pay uman olma.
Düz sözə, düz işə peşiman olma,
İnsan əyilsə də, zaman əyilməz.
OLMAZ
Nakəsdən adamlıq, nadandan xoş söz,
Xəsisdən səxavət gözləmək olmaz.
Nakişidən düzlük, namərddən vəfa,
Zalımdan mərhəmət gözləmək olmaz.
Xasiyyət dəyişməz yüz libas dəyiş
Səyin niyyətidir səy fikir, səy iş.
Nə nəsihət söylə, nə vur, nə döyüş,
Naməhrəmdən ismət gözləmək olmaz.
|