|
Sərraf Şiruyə
74
OLAR
Gövhər dəyər tapmaz mis bazarında,
Zər naşı yanında qiymətsiz olar.
Adətdi – yarasa sevməz işığı,
Düz əyri önündə hörmətsiz olar.
Xəyalım keçmişi ələdi yenə,
Ağladı dəyərli hər ömrə, günə.
Mənliyi sərvətə satan kimsənə,
İsbatsız təklifdir – qeyrətsiz olar.
Şiruyə mətləbin dilər mərdanə,
Yerində ağlayar, gülər mərdanə,
Şairlər vuruşar, ölər mərdanə,
Qəlbi kinsiz olar, küdrətsiz olar.
ƏLİNƏ
Gecəli, gündüzlü el zara gələr,
İxtiyar keçməsin yaman əlinə.
Həyat mübarizə, ömür gedərgi,
Ümidi verməyək güman əlinə.
Zili ahənginə mindirə bilməz,
Pəsi pərdəsinə endirə bilməz,
Telləri ustadtək dindirə bilməz,
Naşı götürməsin kaman əlinə.
|
|
|