7.
Винокур Т.Г. Говорящий и слушающий. Варианты речевого поведения. М., 1993.
8.
Клюев Е.В. Речевая коммуникация: Учебное пособие для университетов и вузов. М.,
1998.
9.
Грайс Г.П. Логика и речевое обучение// Новое в зарубежной лингвистике. Вып. 16.
М., 1985.
10.
Современная психология: Справочное руководство. М., 1999.
11.
Русско-английские соответствия (Н.И. Формановски, С.В. Шведова). М., 1990
NATİQLİK SƏNƏTİNİN ƏSASLARI
Natiqlik sənəti anlayışı haqqında.
Natiqlik sənəti termini (lat. oratoria) antik
mənşəlidir və yunan mənşəli ritorika (yun. rhetorike) sözü ilə sinonimdir.
“Ritorika (yun) natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm; bəlağət elmi; bəyan”
// məc. Qəliz, ibarəli, təmtəraqlı üslub. Ritorikaya qapılmaq // Bu nəzəriyyənin əsaslarını izah
edən dərs kitabı (6, 545).
Natiqlik sənəti ifadəsi bir neçə mənada işlənir. İlk öncə natiqlik sənəti kütləvi çıxışlarda
yüksək sənətkarlıq göstərmək mənasında başa düşülür. Yüksək keyfiyyətli natiq nitqi canlı
sözdən məharətlə istifadə etmək bacarığıdır. Natiqlik sənəti auditoriyaya
arzulanan təsiri
göstərmək üçün nitqin qurulması və ifadəsidir (1, 19).
Natiqlik sənətinin təfsilatlı izahı hələ antik dövrlərdən verilmişdir. Məsələn, Aristotel
ritorikanı hər bir predmetə dair mümkün inandırmaq üsulunu tapmaq bacarığı kimi müəyyən
edir, qiymətləndirirdi.
Gözəl danışıq (bəlağət) və natiqlik sənəti e.ə. V əsrdə Qədim Yunanıstanda yaranmış,
III-II əsrlərdə orada, e.ə. I əsrdə isə Romada sistemə düşmüşdür. Aristotel, Siseron,
Kvintilian
ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşlar. Natiqlik sənəti qədim Romada güclü siyasi
qüvvə hesab olunurdu. Siyasi karyerasına hazırlaşan, özünü dövlət
xadimi görmək istəyən hər
kəs auditoriyanı inandırmaq bacarığını yüksək qiymətləndirirdi. E.ə. II əsrdə Romada yunan
ritorları natiqlik məktəbi açarkən gənclər ora axışır. Amma yunan natiqlik məktəbləri hamı
üçün əlçatan deyildi. Ritor dərsləri bahalı idi və ondan yunan dilini mükəmməl bilənlər
bəhrələnə bilərdi. Bu məktəblərdə yalnız sonradan hakimiyyət başına keçəcək zadəganların
uşaqları oxuya bilərdi. Buna görə hakimiyyət yunan məktəblərinə manəçilik törətmir, onlara
xeyirxahlıqla yanaşırdı. Lakin b.e.ə. I əsrdə latın dilində ritorikanı tədris edən məktəb açılarkən,
senat narahat olur. Onlar oğullarının öyrənmək istədikləri “silahın”
başqa sinfin
nümayəndələrinin əlinə keçməsinə yol vermək istəmirdilər. 92-ci ildə “Latın ritorika
məktəblərinin qadağan edilməsi” haqqında edikt çap olunur.
Natiqlik karyerası Romada şərəfli və gəlirli idi.
Yunanıstan və Romanın məşhur natiqləri həm də tanınmış dövlət xadimləri idi. İlk
Roma natiqlərindən biri dövlət xadimi b.e.ə. III-II əsrlərdə Böyük Mark Katon olmuşdur.
Karfaqenin barışmaz düşməni Katon Senatdakı hər çıxışını sonralar qanadlı ifadəyə çevrilmiş
belə ifadə ilə tamamlayırdı: “Hər halda belə hesab edirəm ki, Karfagen dağılmalıdır”. İndi bu
ifadə düşmən və ya hər hansı maneə ilə amansız mübarizədə işlədilir. Bir qədər sonrakı dövrdə
məşhur dövlət xadimləri və aqrar islahatlarının tərəfdarları Tiberiy və Kay Qrakxi də görkəmli
natiq olmuşlar. Roma siyasi xadimi və sərkərdəsi Mark Antoni də Roma natiqləri arasında
görkəmli yer tuturdu. Amma o dövrün ən məşhur siyahi xadimi Mark Tulliy Siseron olmuşdur.
Siseron yazırdı ki, insanı şöhrətin ən yüksək pilləsinə çatdıran iki sənət var: bu yaxşı
sərkərdəlik sənəti və yaxşı natiqlik sənətidir.
Bu, Siseronun natiqlik sənətinə baxışını ifadə edirdi. Sonrakı
dövrlərdə də böyük
natiqlər, tanınmış dövlət xadimləri olmuşdu.
Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və bədii cəhətdən
bəsit əsər, nitq, sözcülük mənasında işlədilmişdir (4,159).
M. Speranski yüksək bəlağətli nitqin qaydalarını izah edərkən yazır: “Yüksək natiqlik
qəlblərə öz ehtirasını, hisslərini verərərək onu titrətmək, onlarda öz düşüncələrinin obrazını
yaratmaq istedadıdır” (5,82).
Ənənəvi olaraq yüksək natiqlik sənəti incəsənətin bir növü kimi qiymətləndirilib. Onu
tez-tez poeziya və aktyorluq sənəti ilə müqayisə edirdilər (Aristotel, Siseron, M.V.Lomonosov,
V.Q.Belinskir, A.F.Koni və b.).
Bir çox müasir tədqiqatçılar natiqlik sənətinə insan fəaliyyətinin spesifik növlərindən
biri kimi baxırlar.
Natiqlik sənətinin sosial hadisə kimi obyektiv yaranma səbəbi ictimai əhəmiyyət kəsb
edən məsələləri açıq şəkildə müzakirə etmək ehtiyacından yaranmışdır. Bu və ya digər nöqteyi-
nəzəri əsaslandırmaq, irəli sürülən ideya və hərəkətləri həyata keçirmək,
öz mövqeyini
qorumaq üçün söz sənətinə yiyələnmək, dinləyicilərini inandırmaq,
onlara öz seçimlərini
etməyə təsir göstərmək lazımdır.
Qeyd etmək lazımdır ki, natiqlik sənəti həmişə müəyyən sosial siniflərə, qruplara, ayrı-
ayrı şəxslərə xidmət etmişdir. O eyni dərəcədə həm düzgünlüyə, həm yalana, əxlaqa və əksinə
məqsədlərə xidmət edə bilər. Hələ antik dövrdən “Natiqlik
sənəti kimə və necə qulluq
etməlidir?”-sualı hamını düşündürürdü. Bu sualın cavabından asılı olaraq natiqlik sənətinə,
elminə və natiqə münasibət müəyyənləşdirilirdi.
Dostları ilə paylaş: