3.Rəsmi məktublar.
4.Açıq məktublar.
Adi məişət məktubları.
Xüsusi şəkildə yazılır. Bir qayda olaraq bu məktublarda uzun-
uzadı
hal-əhval tutma, salamlaşma kimi ştamp ifadələrdən istifadə edilir. Bu məktublar uzun
müddət bir-birini görməyən şəxslər tərəfindən yazılır. Ailədə və yaxın ətrafda olan bütün
qohum-əqrəba haqqında məlumatlar verilir. Müasir dövrümuzdə adi məişət məktubları çoxdan
sıradan çıxmışdır.Bunun ən başlıca səbəblərindən
biri muasir texnologiyalar, komputer və
mobil telefonlardı.Adi məişət məktublarını indi “skype” ilə danışıq
və mesajlaşma əvəz
edir.Adi məişət məktubları xüsusi zövqlə nə qədər diqqətlə tərtib olunurdusa,
müasir
texnologiyalarda yazılan məktublar bir o qədər tələsik, heç bir qrammatik qayda-qanunlara
riayət olunmadan yazılır. Bunun səbəbi orada olan hərflərin bizim əlifbamızla tam uyğun
olmaması və çox surətlə yazılaraq adətən redaktə olunmamasıdır.
Rəsmi məktublar
dövlət xadimlərinin yazışmalarına məxsus məktublardır. Bu
məktublar siyasi, iqtisadi və s. məzmunlu olur.
Açıq məktublar.
Bu növ məktubların spesifik xüsusiyyəti onların məzmununun
ictimaiyyətə açıq olması, mətbuatda dərc olunmasıdır. Açıq
məktublar şəxsi, daha çox
kollektiv şəkildə yazıla bilər. Bu məktublar cəmiyyətin ağrılı problemlərinə diqqəti cəlb etmək,
mövcüd ədalətsizliyi aradan qaldırmaq üçün dövlət rəhbərinə və s. ünvanlana bilər. Adətən
belə məktubları
nüfuzlu adamlar, tanınmış ziyalılar imzalayır.
Dostları ilə paylaş: