Bu baxımdan müxtəlif sənədlərin müxtəlif rekvizitləri olur. Rekvizitin aşağıdakı növləri
vardır:
1. Dövlət gerbi.
2. Müəssisə, idarə, təşkilat və ya qurumun emblemi.
3. Mükafatın təsviri.
4. Müəssisə, idarə, təşkilat və ya qurumun kodu.
5. Sənədin kodu.
6. Nazirlik, komitə və ya Baş idarənin adı.
7. Müəssisə, idarə, təşkilat və ya qurumun adı.
8. Struktur vahidin adı.
9. Müəssisənin tam hüquqi ünvanı ( poçt indeksi, ölkə, şəhər, küçə, bina).
10. Müəssisə, idarə,
təşkilat və ya qurumun telefon, faks nömrələri,
elektron poçtu,
internet saytı.
11. Müəssisə, idarə, təşkilat və ya qurumun bank hesabı və VOEN-i.
12. Sənədin adı.
13. Tarix.
14. İndeks və ya nömrəsi.
15. Daxil olmuş sənədin tarixinə və indeksinə istinad.
16. Sənədin tərtib olunduğu və ya nəşr olunduğu yer.
17. Sənədlə tanışlıqla bağlı məhdudiyyət qrifi.
18. Adresat.
19 Təsdiq qrifi.
20. Dərkənar.
21. Sənədin başlığı.
22. Nəzarət haqqında qeyd.
23. Mətn.
24. Əlavə və ya qoşma haqqında məlumat.
25. İmza .
26. Sənədi imzalayan şəxsin adı və soyadı.
27. Sənədi imzalayan şəxsin vəzifəsi.
28. Razılaşdırma qrifi.
29. Vizalar.
30. Möhür.
31. Surəti təsdiqetmə haqqında məlumat.
32. İcraçının və ya sənədi tərtib edənin adı, soyadı və telefon nömrəsi.
33. Sənədin icra olunması və işə tikilməsi haqqında məlumat.
34. Sənədin daxilolması haqqında məlumat.
35. Sənədin daxilolma nömrəsi.
36. Sənədi qəbul edən şəxsin imzası, adı və soyadı.
Qeyd olunanlar rekvizitlərin əsas hissəsini əhatə edir. Bütün sənədlərdə qeyd olunan
rekvizitlərin hamısının ifadəsini tapması vacib deyildir. Rekvizitlərdən
istifadə sənədin
növündən asılı olur.
Dostları ilə paylaş: