-dialoq,
-poliloq.
Monoloji, dialoji və poliloji nitq ünsiyyət prosesinə aid olub, nitqin vəhdət təşkil edən
vahidləridir. Lakin bu növlərin özünəməxsus linqvistik və ekstralinqivistik xüsusiyyətləri
vardır.
Monoloji nitq.
Latınca mono (mono)- bir, loqos (lagos)-nitq deməkdir.
Monoloji
nitqdə müsahiblə əks əlaqə olmur. Burada əks əlaqə şərti mənada başa düşülməlidir. Nitqin
kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə edilir.
Monoloji nitq mürəkkəb sintaktik quruluşa malik olub daha geniş mövzunu əhatə edir.
Monoloji nitq fikrin, ideyanın, problemin, məsələnin və s. bir nəfər tərəfindən geniş və
müxtəsər, ardıcıl və rabitəli bir şəkildə ifadə olunmasıdır.
Burada məqsəd hər hansı mövzü ilə bağlı məzmunu dinləyiciyə (dinləyicilərə)
çatdırmaqdır. Monoloji
nitq müxtəlif məzmunlu, məqsəddən asılı olaraq öyrətmə,
məlumat
vermə, təsviri, nəql etmə və s. ola bilər. Bu baxımdan monoloji nitqin elmi, publisistik, bədii,
və s. üslubları mövcuddur.Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, dinləyicinin
diqqətini cəlb etmək üçün böyük məharət tələb edir.
Monoloq həm yazılı, həm də şifahi nitqə aiddir. Şifahi nitqdə monoloq çox vaxt daxili
nitq səciyyəsi daşıyır. Yazılı nitqdə xüsusən bədii ədəbiyyatda
monoloqdan geniş istifadə
olunur və personajın daxili aləmini açmağa xidmət edir. Monoloq bəzən müəllifin özünə, bəzən
də başqalarına ünvanlanır. Məsələn, C. Məmmədquluzadənin “Ölülər” əsərində İsgəndərin və
C.Cabbarlının “Od gəlini”ndə Elxanın monoloqu meydana toplaşanlara, V. Şekspirin
“Hamlet” əsərində isə qəhrəmanın monoloqu onun özünə ünvanlanmışdır.
Monoloji nitq
eyni zamanda son dərəcə fəal, sərbəst, mütəşəkkil nitq növüdür. Bu
əvvəlcədən təşkil olunmuş nitqdir. Danışan öz nitqində deyəcəklərini fikrən və ya yazılı şəkildə
əvvəlcədən planlaşdırır, düşünür, ifadə edəcəyi fikrin həcmini,
xarakterini müəyyənləşdirir,
fərdə və ya auditoriyaya müraciət formasını və dil materiallarını seçir, auditoriyanın
səviyyəsini, nitqi necə başlayacığını və bitirəcəyini, deyəcəklərinə onları inandırmaq üçün üsul
və priyomları müəyyən edir.
Monoloji nitq şifahi və yazılı formada olur. Yazılı monoloji nitq geniş, şifahi monoloji
nitq isə qısa, yığcam, konkret olur.
Şifahi monoloji nitq iki formada olur:
1.Təşkil olunmuş nitq;
2. Təşkil olunmamış nitq (spontan).
Dostları ilə paylaş: