32 fonemə uyğun gələn 32 qrafem vardır. Deməli,
əlifbanın kamilliyinin birinci kriteriyası yeni əlifbamız üçün ödənilir.
Əlifbanın kamilliyinin əsasında duran
ikinci prinsip bir
qrafemin müxtəlif şəkildə oxunmasının , yəni
onun qarşılığının iki müxtəlif səs olmasının aradan qaldırılmasıdır.
Müxtəlif əlifbalar üçün bu meyar pozulur. Məsələn, ingilis dilində C hərfi sözdəki yerindən və
özündən əvvəlki saitdən asılı olaraq (S) və (K) fonemlərinin qarşılığı kimi çıxış edə bilir.
Rus əlifbasındakı o saiti bir sıra sözlərdə (a) foneminin qarşılığı olur, digər hallarda bu
hərf (o) fonemini ifadə edir.
Yeni Azərbaycan əlifbasında göstərilən cəhət yalnız K qrafeminə aiddir. Bu qrafem rus
dilindən alınmış sözlərdə (K) tələffüz olunur. Lakin bu hal qeyd olunmuş meyarın pozulması
deyildir. Boduen de Kurtenenin irəli sürdüyü yeddinci prinsipə görə dildə olmayan və ya
işlədilməsi mümkün olan səslərin deyil, yalnız dilin öz səslərin yazıda ifadəsinə səy
göstərilməlidir.
Əlifbanın kamilliyinin
üçüncü prinsip ikinci prinsipin xüsusi halıdır. Eyni səs bütün hallarda eyni işarə ilə ifadə olunmalıdır. Əgər bir qrafem yalnız bir səsə uyğun gəlirsə, onda
eyni səsə də bir qrafem uyğun gəlmiş olur.
Dördüncü kriteriya yazıda səsin tələffüzünü bildirməyən əlavə işarələrin olmamasıdır . Rus dilində ğ və j işarələri belə funksiyada çıxış edir. Kiril əlifbasına daxil
edilmiş apostrof da adekvat rolu oynamışdır. Yeni Azərbaycan əlifbasında isə belə əlavə işarə
yoxdur.
Beşinci, altıncı və yeddinci meyarlar da Azərbaycan əlifbası üçün ödənilir.
Aparılmış təhlildən aydın olur ki, Boduen de Kurtenenin əlifbanın ideallığını yoxlamaq
üçün təklif etdiyi yeddi prinsipin yeddisi də latın qrafikalı yeni Azərbaycan əlifbasında nəzərə
alınmışdır. Buradan belə nəticə çıxır ki, fonem-qrafem uyğunluğu prizmasından yanaşıldıqda
yeni əlifba idealdır.