Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   101
ST müh

9.13 Hidravliki zərbələr
Maye axın xəttini birdən saxladıqda təzyiqin artması müşahidə olunur ki, 
bunun da nəticəsində boru xətti dağıla bilər.Təzyiqin dəyişməsi (Pa və ya kqs/sm
2

Jukovski formulu ilə təyin olunur: 
c
P
o



Burada, ρ-mayenin sıxlığı, kq/m

; υ

– bağlanana qədər axın sürəti, m/san.; c- 
zərbə dalğasının yayılma sürəti, m/san. 
Zərbə dalöasının yayılma sürəti axan mayenin xassəsindən, borunun 
ölçüsündən və materialından asılıdır.
Polad boru ilə 50 mm diametrində axan su üçün c=1350 m/san., borunun 
diametri 600mm olan hal üçün c=913m/san. , rezin boru üçün c=20-30 m/san-dir. 
Xəttin bağlanması yavaş-yavaş aparılarkən təzyiqin dəyişməsi (∆pτ) 
bağlama müddətindən τ (san.), boru kəmərinin uzunluğundan L (m), axın sürətinin 
dəyişməsindən υ

– υ

(m/san) asılıdır. ∆pτ aşağıdakı formula ilə hesablanır: 


8
,
9
0










L
c
L
c
p
t





Bu formula vasitəsilə siyirtmənin (”zadvişka”nın) minimum bağlanması 
vaxtını müəyyən etmək olur. Bu belə olmalıdır. τ>2L/c. Ona görə də böyük sürət 
olan xətlərdə yavaş-yavaş bağlanan siyirtmə qəbul olunur-maxovikin böyük sürəti 


ilə (100mm diametrili xətt maxovikin fırlanma dövrü 66, 400mm olanda 175 dövr 
olmalıdır) . 
Tıxaclı kranlar, düz siyirtmələr hansı ki, hərəkəti bir anda dayandırır, belə 
hallarda qəbul olunmur. 
9.14 Qaz tutumları
Sərbəst rejim yaratmaq məqsədi ilə qaz alınan mənbə ilə qaz istifadə olunan 
yerlər arasında qaz tutumlarından –qazholderlərdən istifadə olunur. 
Sabit təzyiqli (1,5-4,0 kPa yaxud 150-400 mm.c.st.) quru və nəm qaz 
tutumlarından istifadə olunur. Bunlarda qazın həcmi dəyişir. Eyni zamanda 
yüksək təzyiqli daimi həcmi qaz tutumlarında istifadə olunur. Belə qaz
tutumlarında qaz artıq təzyiqdə 0,5-1,0 MPa (5-10 atm), bəzi hallarda 10 MPa 
(100atm.) olur. 
Hava ilə partlayıcı qarışıq əmələ gətirən qazların istismarı üçün yüksək 
təzyiqli tutumlar daha təhlükəsizdir. 
Yüksək təzyiqli qaz tutumları slindr və ya aval şəklində hazırlanır. Belə 
tutumlarda 3000-4000 m
3
qaz saxlanır. Onlar təzyiq altında işləyən avadanlıq kimi 
hesablanır, hazırlanır və istismar olunur. 
Yüksək təzyiqli qaz tutumları qoruyucu klapanlarla, basma təzyiqli 
(naqnateniya) xətti əks klapanla, qaz götürülən xətt reduksiyalı ventillə (təzyiqi 
saxlamaq üçün) təchiz olunur. 
Təzyiq və temperatura müəyyən məsafədə qoyulmuş ölçü cihazları ilə 
nəzarət edilir. 
Qaz tutumlarının təmiri və onlara xidmət xüsusi hazırlıqlı, qazdan mühafizə 
işini bilən işçilər tərəfindən aparılır. Kənar şəxslər qaz tutumları sahəsinə 


buraxılmırlar. Müəyyən olunmuşdur ki, qəza hadisələri əsasən təmir işləri vaxtı baş 
verir. 
Sabit təzyiqli qaz tutumları quraşdırıldıqdan və ya təmirdən sonra 5-7 gün 
müddətində hermetiklik (kiplik) üzrə yoxlamadan keçir. Yoxlama zamanı qaz axını 
2% həcmindən yüksək olmamalıdır. Əvvəlcə təsirsiz qazlarla hava sıxışdırılıb 
çıxarılır, sonra təsirsiz qaz işçi qazla çıxarılır. Üfürmə üçün qaz xəttində atıcı boru 
qoyulur. 
Qaz tutumlarını tamam boşaltmaq olmaz. Belə ki, qaz tutumunun içinə
sorulma nəticəsində hava daxil olar və bu isə partlayıcı maddə əmələ gətirə bilər. 
Bütün qaz tutumları siqnalla və avtomatik ayırıcı sistemlə təchiz olunur. Bu 
sistem səviyyə və təzyiq minimum və yaxud maksimum buraxıla bilən həddə 
çatdıqda işləyir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin