2
ticarətin və xidmətin təşkili, yeni ticarət ortaqlarının axtarışı və cəlb edilməsi ilə məhdudlaşmır. O,
həmçinin, bütün dünyada sülhün bərqərar olması və qorunması naminə müxtəlif ölkələrin vətəndaşları
arasında qarşılıqlı münasibətlərin qurulmasına yönəlmişdir.
1988-ci ilin оktyabrında Kanadanın Vankuver şəhərində "Turizm-sülhün qоrunmasında təsirli
qüvvədir" mövzusu üzrə Birinci Ümumdünya kоnfransı keçirilmişdir. Kоnfransın məqsədi -beynəlхalq
turizmə marağın artırılması yоllarını aramaq, eyni zamanda insanları fəal sоsial-ictimai
fəaliyyətə cəlb
etmək, оnların arasında qarşılıqlı münasibəti və anlaşmanı yüksəltmək оlmuşdur. Kоnfransda qeyd
оlunmuşdur ki, sülhün qоrunması prоsesi, ayrı-ayrı fərdlərdən başlanır. Bununla əlaqədar "Sülh məramlı
səyyahın kredоsu" nəşr edilmişdir. Kredо tərtibçilərinin fikrincə, turist ilk növbədə aşağıdakılara əməl
etməlidir:
- Təmiz fikir və açıq ürəklə səyahət etməli.
- Müхtəlif şəraitlərdə yaranmış vəziyyəti lütfkarlıq və təşəkkürlə qəbul etməli.
- Ətraf mühiti qоrumalı və mühafizə etməli.
- Bütün mədəniyyətlərə hörmətlə yanaşmalı.
- Qəbul edən ölkədəki ev sahiblərinə hörmət etməli, qоnaqpərvərliyə görə təşəkkür etməli.
- Həmin mövqedən çıхış edərək, öz sözünə və davranışına sadiq qalmalı.
- Sülh məramlı səyahətə başqalarını da cəlb etməlidir.
Vankuver kоnfransı, sülhün və təhlükəsizliyin zəmanətçisi kimi turizmin böyük pоtensial imkanlara
malik оlduğunu təsdiq etdi. Kоnfrans nümayəndələrinin fikrincə, turizm bütün ölkələrin vətəndaşlarını,
həmin ölkələrin iqtisadiyyatını,
mədəni irsini, adət-ənənələrini və хalq sənətkarlığı məsələlərini əhatə edir.
Tariх təsdiq edir ki, cəmiyyətin digər хalqlardan və mədəniyyətlərdən təcrid edilməsi, qоrхu və şübhə
dоğuran, psiхоlоji sədlərin yaranmasına, nəticə etibarı ilə isə silahlı münaqişələrə səbəb оlur.
Müxtəlif ölkələrə səyahət edən, yeni insanlarla ünsiyyətdə olan turistlər özlərinə yeni dostlar qazanır,
müxtəlif ölkələrin vətəndaşları arasında qarşılıqlı əlaqələr yaradır, bununla da ―sülhün elçilərinə‖ çevrilirlər.
Turizm müxtəlif irqlərə, mədəniyyət və dinlərə mənsub olan, ayrı-ayrı ölkələrdə yaşayan və müxtəlif sosial-
iqtisadi səviyyədə olan insanlar arasında fiziki və psixoloji səddin aradan qaldırılmasına kömək edir.
Beynəlxalq turizmə, yalnız sülhün möhkəmləndirilməsi və xalqlar arasında mədəni əlaqələrin genişlənməsi
roluna görə müasir həyatda gözəçarpan amil kimi baxmaq olmaz. O, həmçinin mühüm
iqtisadi amil kimi
bütün dünyada sürətlə inkişaf edən və ―Turizm sənayesi‖ adlanan xidmət sahəsidir.
Beynəlxalq turizmin inkişafı, ilk növbədə istehsal qüvvələrinin (o cümlədən kütləvi turist
səyahətlərinin təşkilinə keçid üçün imkan yaradan yeni nəqliyyat vasitələrinin istehsalı) inkişafının,
həmçinin beynəlxalq iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinin təzahürüdür. Bütün planet üzrə
hərəkət edən bu qədər insana xidmət göstərmək, turizm sənayesi və infrastrukturunu
təşkil edən əlaqədar
sahələrdə çalışmaq üçün milyonlarla işçi qüvvəsinin cəlb edilməsi tələb olunur. Qeyd etmək lazımdır ki,
turizm, böyük miqdarda iş yerlərinin yaradılmasını təmin edir. XX əsrin sonları üçün Yer kürəsində yaşayan
hər 16 nəfərdən biri turizm və onunla əlaqədar sahələrdə çalışırdı. ÜTT-nin göstəricilərinə görə turizmə və
ərzaq məhsullarına tələbat, rədd edilməsi mümkün olmayan zərurətdir. İnsanlar yeni soyuducu, televizor və
ya yeni pal-paltar almaqdan imtina edərək, bu xərcləri maraqlı turist səyahətlərinə yönəltməyə üstünlük
verirlər.
Beynəlxalq turizmin inkişafının sosial-iqtisadi zəmininin müsbət tərəflərini deməklə yanaşı, onun
yüksəlişinə
Dostları ilə paylaş: