Mövzu Böyük Britaniyada beynəlxalq turizmin coğrafiyası plan: Böyük Britaniyada turizmin inkiaşaf tarixi


Temza çayı hövzəsi turizm bölgəsi



Yüklə 312,1 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix16.12.2023
ölçüsü312,1 Kb.
#181503
1   2   3   4   5   6
BTC-Movzu3

Temza çayı hövzəsi turizm bölgəsi
. Bu bölgədə Temzanın mənbəyi olan Kotsuoid-Hils yüksəkliyi 
turistləri daha çox cəlb edir. Bordoey, Mortonin-Marş, Ctoun-Te-Uold, Şipton-Ander-Uiçvut, Sayren-sester 
kimi kiçik şəhərlər turistlər üçün cəlb edicidir. Kotsuold-Hilsdən qərbdə müalicəvi mineral suları ilə məşhur 
olan dəbdəbəli Celtnem kurortu yerləşir. Kotsuold-Hilsdən şərqdə isə məşhur Oksford (XII əsr) Universiteti 
yerləşir. Londondan 45 km aralı Temzanın yuxarı axarında londonluların sevimli istirahət zonaları 
Meydenhed, Henli-on-Temz, Marlou yerləşir. 
Brayton tanınmış İngiltərə kurortudur. 200 il öncə burada kiçik balıqçı qəsəbəsi vardı. 1754-cü ildə 
doktor Riçard Rassel bu ərazidə dəniz suyunun müalicəvi olduğunu aşkar etmişdir. Bir neçə il sonra Uels 
şahzadəsinin buraya gəlişi ilə əlaqədar burada saray inşa edilmişdir. Bu saray indiyədək qorunur. Brayton 
Böyük Britaniyanın ən dəbdə olan kurortudur. Burada çimərlik, otellər, restoranlar və müxtəlif əyləncə 
mərkəzləri fəaliyyət göstərir. 
Bornmud İngiltərənin cənubunda məşhur kurortdur. Geniş şam meşələri və saf havası ilə şöhrət 
qazanmışdır. Burdakı müəssisələr il boyu turistlərə xidmət göstərir. Brayton və Bornmudda qış aylarında 
turistləri cəlb etmək üçün festivallar, sərgilər, müsabiqələr və s. təşkil olunur. 
İngiltərənin cənubunda 2 turizm mərkəzi formalaşıb: qərbdə Uinçester, Şərqdə Kentberi. Uinçester - 
İngiltərənin ən böyük dəniz sərnişin portu olan Sauthemptondan şimalda yerləşir. Uinçester XI əsrdə 
Britaniyanın paytaxtı olmuşdur. 1382-ci ildə fəaliyyətə başlayan ən qədim məktəblərdən birinin yerləşdiyi 
bina, Uinçester qəsri, kafedral kilsə və s qorunub saxlanılır. Kentberi - Ölkənin dini mərkəzidir. Bu şəhər 
XII - XV əsrlərdə salınmışdır. Bu şəhərdə görkəmli tarixi və memarlıq abidələri çoxdur. XVI əsrədək 
Kentberi anqlikan və katolik kilsə başçılarının daimi iqamətgahı olmuşdur. 
Midlend turizm mərkəzi
. Midlendin əsas turizm mərkəzi Stratford - On - Eyvon şəhəridir. Şəhərə 
10 minlərlə ingilis və əcnəbi turistlər gəlir. VII əsrə aid olan monastr, ən qədim şəhər Vusper, Uorik şəhəri, 
qədim qəsrin qalıqları olan Keneloert şəhəri turistləri özünə cəlb edir. 
Müalicəvi əhəmiyyəti olan məşhur Leminqton balneoloji kurortu da bu bölgədə yerləşir. Çoxsaylı 
tarixi və mədəniyyət abidələri, teatr və rəsm qalareyası ən iri şəhərlərdən olan Birminhem və Nottinqemə
eyni zamanda 1940-cı ildə faşist aviasiyası tərəfindən dağıdılan Kanventri şəhərinə hər il çoxlu sayda İngilis 
və əcnəbi turist gəlir. 

Yüklə 312,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin