Mövzu Böyük Britaniyada beynəlxalq turizmin coğrafiyası plan: Böyük Britaniyada turizmin inkiaşaf tarixi



Yüklə 312,1 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix16.12.2023
ölçüsü312,1 Kb.
#181503
1   2   3   4   5   6
BTC-Movzu3

Şotlandiya turizm bölgəsi
. Bu bölgə təbii şəraitinə görə Skandinaviya ölkələrinə daha çox bənzəyir. 
Ərazinin böyük hissəsini dağlar təşkil edir. Ən uca zirvəzi Ben-Nevisdir (1343 metr). Ölkənin bu bölgəsində 
dağların göllərin əsrarəngiz gözəlliyi Şotlandiyaya "kiçik İsveçrə" adının verilməsinə səbəb olmuşdur. 
Burada turistləri özünə cəlb edən yer Şotlandiyanın paytaxtı Edinburqdur. Şəhərdə muzeylər və teatrlar 
çoxdur. Əcnəbi turistlərin əksər hissəsi böyük port şəhəri olan Qlazqoya üstünlük verirlər. Yay mövsümündə 
Qlazqo, Edinburq, Aberdin şəhərlərindən daxili və xarici turist axını güclənir. Şotlandiyanın dənizkənarı 
kurortu arasında Er, Oban, Dornoh Montras, Nort Berq və s. seçilir. Şotlandiyanın daxili rayonlarının iqlim 
kurortları arasında Kallander, Aberfoyl, Balater, Banhori, Breymar daha məşhurdur. 
Şimali İrlandiya (Olster) turizm bölgəsi
. Şimali İrlandiya ərazinin böyük hissəsini tutur. Əcnəbi 
turistlərin toplaşdığı əsas mərkəzlər şimali İrlandiyanın paytaxtı Belfast və qədim Londonderri şəhərləridir. 
İrlandiyaya gələn turistlər yay mövsümündə Portraş, Ballikasl, Uaythed, Banqor, Nyukastl kimi sahil 
kurortlarına üz tuturlar. 



Böyük Britaniya bütün dövrlərdə turizm sənayesinin artımı və inkişafı, əhalinin sayından deyil onun 
struktur dəyişikliyindən və istirahəti keçirmək və adət ənənələrindən asılı olmuşdur. 
Xarici turizmin yüksək iqtisadi effektliyi Böyük Britaniyanın turizm əlaqələri üçün səciyyəvidir. Bu ilk öncə 
onu göstərir ki, qəbul edilən hər əcnəbi turist müqabilində ölkənin gəliri, xarici ölkələrə səyahət edən 
turistlərin xərclərindən xeyli çoxdur. 
Xarici turizm Böyük Britaniya üçün valyutanın ölkəyə daxil olmasının mühüm mənbəyidir. Bu daxil 
olma ölkənin ixrac mənbələri siyahısında maşınqayırma, nəqliyyat avadanlığı və elektrotexnika məhsulunun 
daxil olmalarından sonra dördüncü yeri tutur. Perspektivdə Böyük Britaniyanın beynəlxalq turizm 
əlaqələrinin fəallaşması və əcnəbi turistlərin axarının artması gözlənilir. Bunun üçün ölkənin yaxşı zəmin, 
şəraiti vardır. 

Yüklə 312,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin