Mövzu Böyük Britaniyada beynəlxalq turizmin coğrafiyası plan: Böyük Britaniyada turizmin inkiaşaf tarixi



Yüklə 312,1 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix16.12.2023
ölçüsü312,1 Kb.
#181503
1   2   3   4   5   6
BTC-Movzu3

əsas mərkəzlər
onun paytaxtı London, Temza 
vadisi, ölkənin cənub və cənub qərb sahilləri, ölkənin mərkəzi, Midlend, şərqi İngiltərə, Cersi, Men kurort 
adaları, Uels, Şotlandiya və Şimali Mandiyadır. İngiltərədə gələn əcnəbi turistlərin əsas hissəsi Londonu, 
Midlendə, Şotlandiyaya, Uelsə az qismi isə digər bölgələrə gedir. Ölkənin sahil rayonlarında isə daxili 
turizmin 75 %-i cəmləşmişdir. 
London turizm mərkəzi.
Dövlətin paytaxtı, dünyanın ən iri turizm mərkəzlərindən biri olan 
Londona hər il 10 mln-dan artıq daxili və xarici turist gəlir. İngilis Krallarına tac qoyma mərasimlərinin 
keçirildiyi və dəfn edildikləri Vestminster abbatlığı, Nyuton, Darvin və digər məşhur şəxsiyyətlərin dəfn 
edildikləri müqəddəs Pyotr məbədi Londonun görkəmli yerləri sırasındadır. Bu məbədə "şairlər guşəsi" də 
deyilir. Ona görə ki, məşhur Şekspir, Dikkensin və s. məzarı burada yerləşir. Parlament binası və Big-Ben 
(Saatlı qüllə), 900 illik dövrdə baş verən tarixi olayların lal şahidləri London tauveri, Bukenhem sarayı, 
zəngin kitabxanası olan Britaniya muzeyi rəssamların misilsiz əsərləri saxlanan Milli qalareya, Teyt 



qalareyası və s. Londona gələn turistlərin diqqətini cəlb edir. Şəhərin mərkəzində gözəl meydanlar çoxdur. 
1805-ci ildə baş vermiş Trafalqar döyüşündə admiral Nelsonun (sütun 56 m, abidə 5 m) abidəsi ucalan 
Trafalqar meydanı, Pikadilli, Hayd park, Kensinton, Qrin park, Ricent park və s. turistlərin diqqətini cəlb 
edir. Turistlər adətən Kral VIII Henrixin iqamətgahı Hemptonkort sarayına və Fateh Vilhelm (XI əsr) 
dövründə əsası qoyulan Vinzor sarayına qısa müddətli ekskursiya təşkil edirlər. Sarayda Rubens və 
Vandeykin əsərləri, Leonardo da Vinçi, Rafael, Mikalancelonun rəsm və silah kolleksiyalarının sərgisi 
yerləşir. Sarayın yanında 1440-cı ildə əsası qoyulmuş məşhur İton kolleci (varlı ailələrin uşaqları) yerləşir. 

Yüklə 312,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin