133) Anadangəlmə toksoplazmozun kəskin dövrünün ən etibarlı əlaməti
hansıdır?
A) Mikrosefaliya
B) Toksoplazmoz əleyhinə İgM tərkibli anticisimlərin aşkarlanması
C) Hepatomeqaliya
D) Görmə sinirinin atrofiyası
E) İgG tərkibli anticismlərin yüksək titri
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург,
2002.
134) Anadangəlmə hipotireoz üçün nə xarakterik deyil?
A) Uzun müddət davam edən sarılıq
B) Böyük əmgəyin vaxtından əvvəl bağlanması
C) Hipotermiyaya meyllilik
D) Makroqlossiya
E) Qəbizlik
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
135) Mukovissidoz diaqnozunu aşağıdakılardan hansı təsdiq edir?
A) Sümük iliyinin müayinəsi
B) Nazik bağırsağın biopsiyası
C) Döş qəfəsinin rentgenoqrafiyası
D) Tərdə elektrolitlərin təyini
E) Sidik çöküntüsünün mikroskopiyası
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского
возраста» 2000г.
Dostları ilə paylaş: