Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu,
konstruktiv həlli,
tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması
nəzərdə tutulan sexin (sahənin) adı və sayı).
Qurğunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və
nömrələri, qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan
sənəd).
Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun
tikilməsi
üçün işçi qüvvəsinə, alətlərə və mexanizmlərə,
eləcə də
tikinti hissələri və materialları daşınmaq üçün müxtəlif növ nəqliyyat
vasitələrinə olan ümumi tələbat göstərilir).
Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı
(tikinti üçün şəhər (respublika) müəssisələrindən alınası material və
məmulatların adları və miqdarı, habelə gətirilmə müddəti).
MM qurğularının təyinatı, təsnifatı
Daimi sığınacaqlar və radiasiya daldalanacaqları
fondunun
yaradılması bütün vəzifəli şəxslərdən
olan mülki müdafiə
rəhbərlərinin ən vacib vəzifələrindən biridir. Buna aşağıdakı yollarla
nail olunur:
Sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi;
Obyektlərdə və şəhərlərdə iki təyinatlı sığınacaqlar və radiasiya
daldalanacaqlarının tikilməsi və onlardan
sülh dövründə təsərrüfat
ehtiyacları və əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması;
Əvvəl inşa edilmiş sığınacaq və radiasiya daldalanacaqlarının
mühafizə xassələrinin yüksəldilməsi
və əlavə olaraq
avadanlıqlaşdırılması;
Zirzəmilərin, digər yeraltı bina və qurğuların, şaxtaların, dağ–
mədən
yerlərinin, metro stansiyalarının və şəhərlərin yeraltı
mühəndis qurğularının sığınacaq və radiasiya daldalanacaqları kimi
uyğunlaşdırılması yolu ilə.
Dostları ilə paylaş: