qabliyyətini artırmaq üçün onların divarlarını torpaqla örtmək və ya
istilikdən izolyasiya qatı düzəltmək lazımdır.
Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində,
üst mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə
su, digər mayelər axması ehtimallarından mühafizə edilməlidir.
Sığınacağın həcmi-planlaşdırma, konstruktiv
və mühəndis texniki avadanlıqları.
Əvvəlcədən tikilən sığınacaqlardan əsas və yardımçı
otaqlar
nəzərdə tutulur. Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan
başqa bufet və sanitariya otaqları da olur.
Sığınacaqların həm planlaşdırma həlli qənaətcil, quraşdırma
baxımından sadə olmalı, sülh dövründə
binalardan təsərrüfat
ehtiyacları üçün istifadə edilmənin normal şəraitini təmin etməli,
daldalanan adamların otaqlara asanlıqla girməsi,
yerləşməsi və
burada xeyli müddət qalmasına imkan verməlidir.
Sadalanan təyinatlı otaqlar və oradakı mühəndis-texniki avadanlıq
daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi
şəraiti təmin edir.