Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə39/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   35   36   37   38   39   40   41   42   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
24 
28
0
C  olan  termostatda  3-7  gün  müddətinə  becərilir.  Nəticənin  qiymətləndirilməsi  7  gündən  sonra, 
vizual  görüntüyə  və  ya  Petri  qablarında  əmələ  gələn  koloniyanın  diametrinə  (d
k
)  əsasən  həyata 
keçirilir.  Bu  halda  müqayisə  üçün  kontrol  kimi  aqarlaşdırılmış  səməni  şirəsində  göbələklərin  əmələ 
gətirdikləri koloniyanın diametrindən istifadə olunur [5].  
 
 
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ 
        Təqdim olunan məqalədə Anthemis cinsinin 6 növünün (A. cotula, A. altissima, A. triumfettii, A. 
dumetorum,  A.  melanoloma,  A.candidissima)  Fusarium  oxysporum,  Aspergillus  niger,  Aspergillus 
ochraceus  və  Penicillium  purpureogenum  patogen  göbələk  kulturalarına  qarşı  antimikotik  fəallığı 
öyrənilmişdir [1, 2, 7, 8].  Nəticələr diaqramlarda verilmişdir.  
 
 
 
                  
               Diaqram 1. Bitkilər üzərində Fusarium oxysporum göbələyinin inkişafı. 
  
        Diaqram  1-dən  göründüyü  kimi,  tədqiq  olunan  bitkilərin  əksəriyyətinin  üzərində  Fusarium 
oxysporium göbələk test kulturasının maksimum inkişafı əsasən 7-ci gün A. altissima, A. triumfettii, A. 
candidissima  növlərində  (7,5-8,0  sm),  minimum  inkişaf  isə  A.  dumetorum  bitkisində  (3,0  sm) 
müşahidə  olunmuşdur.  5-ci  gün  maksimum  inkişaf  A.  triumfettii  (7,0  sm),  minimum  inkişaf  isə  A. 
dumetorum  (3,0  sm)  və  A.  melanoloma  (5,0  sm)  növlərində  baş  vermişdir.  3-cü  gün  A.  cotula,  A. 
dumetorum,  A.  melanoloma  növlərində  Fusarium  oxysporium  test  kulturası,  ümumiyyətlə,  inkişaf 
etməmişdir.  
 
Diaqram 2. Bitkilər üzərində Aspergillus niger göbələyinin inkişafı. 
 
      Diaqram  2-dən  göründüyü  kimi,  öyrənilən  bitkilərin  üzərində  Aspergillus  niger  göbələk  test 
kulturasının  maksimum  inkişafı  da  əsasən  7-ci  gün  müşahidə  olunmuşdur  (7,0-8,0  sm).  5-ci  gün 
maksimum inkişaf A. triumfettii növündə (7,7 sm), minimum inkişafı isə A. dumetorum növündə (4,5 
sm) qeydə alınmışdır. 3-cü gün isə kulturanın ən maksimum inkişafı 6,2 sm-ə qədər olmuşdur. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin