AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
25
Diaqram 3. Bitkilər üzərində Aspergillus ochraceus göbələyinin inkişafı
Diaqram 3-dən göründüyü kimi, 3-cü gün 6 tədqiq olunan bitkidən 3-də (A. cotula, A. dumetorum, A. melanoloma) Aspergillus ochraceus test kulturası, ümumiyyətlə, inkişaf etməmişdir. 7-ci gün isə
yalnız A. triumfettii və A. candidissima növlərində maksimum inkişaf müşahidə olunmuşdur (6,5-8,0
sm).
Diaqram 4. Bitkilər üzərində Penicillium purpureogenum göbələyinin inkişafı
Diaqram 4-dən göründüyü kimi, Penicillium purpureogenum test kulturasının 3-cü gün 6 tədqiq
olunan bitkidən 3-ündə (A. cotula, A. dumetorum, A. melanoloma)minimum inkişaf (1,0-1,2 sm), A. triumfettii növündə isə maksimum inkişaf (6,0 sm) müşahidə olunmuşdur. 7-ci gün isə 6 bitkidən
yalnız A. dumetorum növündəminimum inkişaf (5,0 sm) qeydə alınmışdır.
Yuxarıda verilən diaqramlardan da göründüyü kimi, bəzi bitkilər patogen göbələklərdən olan Fusarium oxysporum, Aspergillus niger, Aspergillus ochraceus və Penicillium purprogenum kulturalarının inkişaflarını müəyyən qədər ləngidir. Belə ki, A. cotula, A. dumetorum və A. melanoloma bitkiləri 3-ci gün, kontrolla müqayisədə, Fusarium oxysporium göbələyinininkişafını
tamamilə ləngitmişdir. Sonrakı günlərdə də inkişaf çox az müşahidə olunmuşdur. A. cotula, A. dumetorum, A. melanoloma bitkiləri də Aspergillus ochraceus və Penicillium purprogenum patogenlərinin inkişafını, kontrolla və diger bitkilərlə müqayisədə, ləngidə bilir. Umumilikdə isə
tədqiq olunan 6 bitkidən yalnız Anthemis dumetorum 4 fitopatogen göbələkdən 3-ünə - Fusarium oxysporium, Aspergillus ochraceus və Penicillium purprogenum kulturalarına - antimikotik təsir
etmək qabiliyyətinə malikdir.
Beləliklə, bu kimi əldə olunan nəticələr daha da təkmilləşdirilərək fitopatogen göbələklərə qarşı
bir çox sahələrdə mübarizə məqsədi ilə istifadə oluna bilər.