MATERĠAL VƏ METODLAR Tədqiq olunan Anthemis cinsinin A. cotula L., A. altissima L., A. triumfettii (L.) All., A. dumetorum Sosn., A. melanolomaTrautv., A. candidissimaWilld. ex Spreng. növlərinin yerüstü
hissələri kütləvi çiçəkləmə fazasında Şabran rayonunun Şahnəzərli, Mollakamilli, Təzəkənd, Gəndob
kəndləri və Şamaxı rayonunun Kirovka kəndi, Pirsaat çayı, Pirqulu qəsəbəsi ətrafından yol boyu və
həyətyanı sahələrdən, eləcə də Şamaxı şəhərindən yığılmışdır.
Tədqiq olunan bitkilərin antifunqal fəallığını öyrənmək üçün onlar qurudulmuş vəziyyətdə, 0,5-
1 sm ölçüdə doğranılır, axar su ilə 55-60% - ə qədər nəmləndirilir. Substratın pH-ı 6,5 olmaqla, Petri
qablarına yerləşdirilir və 0,5 atm. təzyiqdə 30 dəq. müddətində avtoklavda sterilizasiya olunur.
Soyuduqdan sonra, həmin mühitə Fusarium oxysporium, Aspergillus niger, Aspergillus ochraceus və
Penicillium purpureogenum test kulturalarının əkin materialı (aqarlaşdırılmış səməni şirəsində
becərilən göbələyin koloniyasından 1sm x 1sm ölçüdə kəsiklər şəklində) əlavə edilir və temperaturu