Ayrılıq belə düşdü
139
Çəpər çəkilmişdi tamam dörd yana,
Yad olmuşduq haqq deyilən imana.
Yaş odun qoymurdu ocaqlar yana,
Qurunun içindən yaşı çıxardıq.
Özündə deyildi bir kəsin huşu,
Hamı hey güdürdü qəpik-quruşu,
Qəfəsdə qalmışdı azadlıq quşu,
Axır ki, qəfəsdən quşu çıxardıq.
Çıxdı əsarətdən indi hər ölkə,
Nuri pak salavat biz çəkə-çəkə.
Haqqın qüdrətinə
şükür eyləyək,
Yenə İlahidən nicat diləyək.
Olan müşkülləri o, açsın yenə,
İşıq saçsın “Allah-Əkbər” deyənə.
– Bəli ziyarətgah yollar açıldı,
Yenə mömünlüyə işıq saçıldı.
Açıldı Həcc yolu, Kərbala yolu,
Olduq iman dolu, məhəbbət dolu.
Üz
tutmaq istəyən ziyarətgaha,
Bir qorxu, bir təşviş duymadı daha.