Sərraf Şiruyə
180
Asdan, Şəmistanın cahı-cəlalı,
Cabbarlının de Şahbazı bəs hanı?
Deputat Müslümlə, “Masnaget Nəsib”,
1
Zərbəli, Yadigar, Məzahim təbib.
Məmmədrəhim ilə Əsədov Həbib,
Söz-söhbəti o, baməzə bəs hanı?
Orta boylu Şəmistanlar görünmür,
Zülal, Bilal, nə Hilallar görünmür.
Xasay, Surxay, Əmirxanlar görünmür,
Zal oğlu Bayram, Eyvazı bəs hanı?
İsa, İbat, Ənvər, Ələddin, Çingiz,
Bayram Vəli oğlu, Köçəri, Əziz.
Ələkbərsiz evlər qalıb keçəsiz,
Elin alim o Novruzu bəs hanı?
Həlim təbiətli Dastan, Abdulla,
İşləri olmazdı sorğu, sualla.
Hüseynqulular getdi bu halla,
Hacının döşündə sazı bəs hanı?
Babış oğlanları Bayram, həm Oruc,
Dünyanın tamından daddı bir ovuc.
Əcəl çatdı, dedi: – gəl torpağı quc,
Qənəhət tək beymurazı bəs hanı?
1
Masnaget Nəsib – tütün briqadiri
|