Sərraf Şiruyə
176
Qoy Şahnazar oğlu Hasandan deyim,
El-oba gərəyi insandan deyim,
Ocağına gələn gümandan deyim,
Səcdəgah o daşın, izi bəs hanı?
Оvu gеdir nə bəd yоlla Mеhdinin,
İşi yохmuş qalmaqalla Mеhdinin.
Mоlla Avdısöyünün, Mоlla Mеhdinin,
Şabanın gül cеynamazı bəs hanı?
Ən kövrək, ən həlim Müzəffər olub,
1
O iki Böyükkişi rəncbər olub.
2
Yetim Həsən boyda şiri-nər olub,
Bəyişin, Əlinin üzü bəs hanı?
3
Dəllək Cabbar, Cabbarlının Cəlili,
Halal tutub mayasını hər ili.
Tağı İsmayıl oğlu, həm Çıraqəli,
Canbağışın əkin düzü bəs hanı?
Tat oğlu Abdulla, İbrahim, Lətif,
Vaxtsız köç etdilər, heyif, min heyif!
Muradın həsrəti çox qəddi əyif,
El-obanın üç Əzizi bəs hanı?
4
1
Müzəffər Bəyiş oğlu
2
Böyükkişi Qocamanov və Böyükkişi Bədəlov
3
Əli İmamqululardandır.
4
Əliyev Əziz, Abbasov Əziz və Bayramov Əziz.
|