Ayrılıq belə düşdü
175
Mansır oğlu Abbas toylar bəzəyi,
Məclislərin oyunbazı bəs hanı?
Qoy ağlasın Fatma, Şahlıq, Allahman,
Həcər desin – “Getdi təzə Süleyman”.
Hurimələk dil deyərmiş nə yaman,
Nənəşin nisgilli sözü, bəs hanı?
Tağı oğlu Məhəmməd, Nəbi, Abdullah,
Aqibət günündən sən saxla, Allah!
Bəşir, Abduləli dildə bismillah,
Söhbətinin çoxu, azı bəs hanı?
Kalvay Qasım, Kalvay Zeynal, Kalvəli,
Xıdır, Qasım söz-söhbəti məzəli.
1
Əliyev Söyünün bəydi əzəli,
Nübarının baş naznazı bəs hanı?
Yaddan salma İbrahimi yad elə,
Namaz düşdü yad torpağa, yad elə.
Sayad saldı yaxşı hörmət, ad elə,
Hüseynin o gül bənizi bəs hanı?
Tutdu qəza Həsənxanı, Şəmşədı,
Zülfüqarın məktubu da gəlmədi.
Cəmildən bir soraq kimsə bilmədi,
Xankişinin duzlu sözü bəs hanı?
1
Namazlının Qasımı
|