Sərraf Şiruyə
184
Qara Tofiq, İmran, Zakir, Müstəcəb,
Rüstəm, Elbəyi, İsmayıl, Nəcəf.
Tat Salman söhbətə başlayıb əcəb,
Məclisin ozanı, sazı bəs hanı?
Nakam getdi Fəxri, Murad, Rəhman,
Bolu oğlu Aqşin, Emintək cavan.
Şeir söyləyərdi Seyfəddin yaman,
Küsgün getdi, sərvinazı bəs hanı?
Zahid, Dəli Yaqub, iki Qənimət,
Bir kənddən gedibdi səkkiz Məhəmməd.
Dünyada qalandı çəkilən zəhmət,
Arifin, Nəcəfin izi bəs hanı?
1
Seyid ocağından Məhəmmədəli,
Seyid Mirağanın təmiz əməli.
Məsimin xoş idi ilki, əzəli –
İki oğlu, cüt şahbazı bəs hanı?
Xasay Zeynalovtək şairlər gedib,
İsrafil kişitək nəsillər gedib.
Fəxrəddin, həm Fazil, Fərmanlar gedib,
2
Osman kimi beymurazı bəs hanı?
1
Arif Böyükkişi oğlu və Nəcəf Ziyad oğlu
2
Alıyev Fərman və Yunus oğlu Fərman
|