Ayrılıq belə düşdü
187
Zamaxan, Qardaşxan, Əmirxan, Məcid,
Dünyamalı vurub sənətə kilid.
Məhəmməd, – ustad var, dizini bərkit,
1
Cəmi ozanların sazı bəs hanı?
Molla Şaban, Mehdi, Abuzər getdi,
Molla Canbaxışda xoş nəzər getdi.
O Molla Abbasda çox kəsər getdi,
Həsən Xəyallıdan yazı bəs hanı?
Uzaq mənzil keçib, gəldim yaxına,
Nəbi Qurban oğlu düşdü axına.
İsaq, Qismət yetdi qəza oxuna,
Xansuvarın odu, közü bəs hanı?
Xıdır oğlu Oruc elə bir ürək,
Belə yazılıbmış tale nə demək.
Pəri ana kimi yaralı, kövrək,
Pir, müqəddəs oğlu, qızı bəs hanı?
Dastanlara düşə bilməz hər kişi,
Cabbarlıda Hünbət kimi pir kişi.
Şiruyələr necə gördü gərdişi,
2
Əkbər elin beymurazı bəs hanı?
3
1
Qaraş oğlu Məhəmməd.
2
İmanov Şiruyə və Zeynalov Şiruyə
3
Əkbər Müzəffər oğlu
|