Ayrılıq belə düşdü
189
İsrafil – oğulu – Zahid və Sədi,
Nemət müəllim getdi, yer-göy göynədi.
Rəhim
1
məclislərdə şeir söylədi,
Topladığı, dastan, yazı bəs hanı?
İslam Söyün oğlu yurdu dəyişdi,
Doğma obasından aralı düşdü.
Hacı qocalıqla çətin ötüşdü,
İsoy, – elin şeirbazı bəs hanı?
Yaddan çıxmaz Camal oğlu Albaba,
Həlim, xoşniyyətli olan bir baba.
Şıltaq Namazəli çatdı hesaba,
Çingizin de əyri, düzü bəs hanı?
Yetim Maarif zillət çəkdi nə qədər,
Eldarın da ömrü tez getdi hədər.
Saydım kişiləri axır bu qədər,
Elin neçə sərvinazı bəs hanı?
Fikri dayaz mətləbimi az anlar,
Eh, nə çoxdu sözü tərsə yozanlar.
Uzun, gödək Abbasəli – ozanlar,
Şairlinin o, Novruzu bəs hanı?
Uçmuş könül evim yapa bilmirəm,
Həsrətim sal qaya – çapa bilmirəm.
Ürəyim istəyir tapa bilmirəm,
Şoşan, qımı, ya qoşquzu bəs hanı?
1
İsmayılov Rəhim nəzərdə tutulur.
|