Ayrılıq belə düşdü
185
Vəzir, Xallı Nəbi, həm İmaməli,
Talıb Sayad oğlu, həm Abbasəli.
Şikarı apardı qəzanın əli,
Zamanın qürbətdə izi bəs hanı?
Usta Yaqub, Mirzə, Sarı Zülfüqar,
Həşimov Əmirxan tez tapdı azar.
Ay Saday, dünyaya gəlməyə nə var,
Dünyadan gedənin izi bəs hanı?
Mən burda seçmədim yaxşı, yamanı,
Allah özü verir hər bir fərmanı.
Mən burda yazmadım şəhid olanı,
Onlardan haqq yazıb, özü bəs hanı?
Bir kökdən yox oldu – Dilqəm, Müzəffər,
Şuxu, Abıd, Zabıd gör neçə nəfər.
Əkbərin də ömrü oldu beyhədər,
Suliddinin şirin sözü bəs hanı?
Bayramov Abdulla, Papır, Məhəmməd,
İkram, Köçəriyə, Əliyə rəhmət!
Əyyub, Əfsəl, Möhsüm, Kərəm, Əbülfət,
1
Musa kimi şeirbazı bəs hanı?
2
Qoca, – Musa oğlu, Mikayıl hanı?
Gəzirəm Ədili, həm Ramazanı.
1
Əhmədov Kərəm
2
Musa Möhsüm oğlu
|