Ayrılıq belə düşdü
181
Bol süfrəli, səxa əlli Tavariş,
Özün gördün nələr etdi bu gərdiş.
Növbə Avdılxana, Mehmana yetmiş,
Hümbətin, Binnətin izi bəs hanı?
Saray idi Məhəmmədin zağası,
Xəyal oldu qarazurna havası.
Uşaqların “Papaq getdi” davası,
Cavanların qumarbazı bəs hanı?
Sultanın evində qanı dayandı,
Sabirin, Qoşqarın canı dayandı.
İsmixanın dəyirmanı dayandı,
Eldən gələn çörək, ruzu bəs hanı?
Əzimov, Kərimov Bəxtiyarlar yox,
Nəbi kimi sözə xiridarlar yox,
Yoxdu Balabəy tək sənətkarlar yox,
Asifin, Əlxanın izi bəs hanı?
Tanrıverdi, Tapdıq elə sərkərdə,
Bir mahala həm pənahdar, həm dədə.
Misir, Ramazan da getdi beyvədə,
Həsənin fəlsəfi sözü bəs hanı?
Abbasəli, Mehdi, həm Dünyamalı,
Qaldı övladlara cahı-cəlalı.
|