Ulu diyar, doğma Göyçə mahalı – əbədi olaraq ədə-
bi mövzumuza çevrilən yurd. Nə tarixin bəllidir, nə də
yaşın. Əslində yaşını da, tarixini də bilirik. Sənin yaşın
YERin, GÖYün yaşıdır. Günü bu gün də səni araşdırır,
səni öyrənir, səndən yazırıq. Zaman-zaman adını dün-
yaya car çəkən, səni külli-aləmə tanıdan ozanların,
şairlərin, nəsillərin oldu.
...Bir-birindən gözəl kəndlərin sinən üstə olan
gömgöy gölünün – səninlə adaş olan gölünün ətrafında
üzük kimi çevrələnmişdi. Bu kəndlərin hər birinin öz
gözəlliyi, öz özəlliyi vardı. Bu sətirləri yazdıqca köv-
rəlir, uşaqlıq illərimə, sənli günlərimə qayıdıram. Yay-
laqlarını, yurd yerlərini, dağlarını, dərələrini, güneylə-
rini xatırlayıram.
...Sakinlərin də özün qədər əzəmətli, özün qədər
dəyanətli, sevimli idi. Qoynunda neçə-neçə qərinələrə
yoldaş olan nəsillər yurd salmışdı. Bu nəsillərdən biri
də Rzalılar nəsli idi.
2005-ci ildən başlayaraq Daşkənd kəndində yaşa-
yan nəsillər haqqında araşdırmalar aparır, məqam ol-
duqca tamamladığım materialları müxtəlif kitablarda
çap etdirirəm. Belə bir məqam da indi yaranıb. Nə yax-
şı ki, Sərraf Şiruyə Daşkəndin sayılıb-seçilən ağsaqqal-
larından olan Kərbəlayı Əli Xəlilova ithaf etdiyi “Ayrı-
lıq belə düşdü” adlı kitabına məhz Kərbəlayı Əlinin