Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə168/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   164   165   166   167   168   169   170   171   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 
200 
Hacı Söydümalı qolunun da İmişli rayonunda yaşadıq-
larını öyrənmiş,  onlarla  əlaqə də  qura bilmişdir.  Hətta 
güman  edirəm  ki,  ola  bilər  digər  nəsillər  də  Rzalılar 
soy-kökündəndir.  
Yazılı  şəkildə  təsdiqini  tapmasa  da,  deyilənlərdən 
belə məlum olur ki, bu nəsil əslən Sulduz mahalından 
olub.  Oradan  əvvəlcə  Sədərəyə,  sonra  Qazağa,  daha 
sonra isə Göyçə mahalına köç etmiş, Daşkənd kəndin-
də məskunlaşmışlar. 
Rzalının  oğlu Məşədi  Orucun  Xəlil,  Zeynəb,  Şirin 
və  Abdulkərim  adlı  iki oğlu, iki qızı olub.  Biz bu  ya-
zıda əsasən nəslin bu qolundan danışacağıq. Xəlilin üç 
övladı olub: Əziz, Oruc və Simuzər. Əzizlə Oruc qara-
yanız olduqlarından kənddə onlara bəzən “Qara Əziz”, 
“Qara Oruc” da deyirmişlər. Bacıları Simuzərə isə daha 
çox “Simi nənə” və ya “Simi qarı” deyərdilər. 1980-ci 
ildə  110  yaşında  rəhmətə  gedən  Simi  nənənin  Elbəyi, 
Qurban,  Yunus  və  Balaxatın  adlı  övladları  olub. 
Orucun isə Səttar və Lətifə adlı iki övladı olubdur.  
Əziz  Xəlil  oğlu  sovetləşmədən  əvvəl  Hüseynlə 
Xanların bacısı Şəkər Rəsul qızı ilə ailə qurmuş, Niftalı 
adlı  övladı  dünyaya  gəlmişdir.  Lakin  bu  ailənin  ömrü 
uzun  sürməmiş,  Şəkər  xanım  hamımıza  yaxşı  məlum 
olan  erməni  daşnaklarının  1919-cu  ildə  Göyçə  maha-
lında  törətdiyi  qırğınlardan  canını  qurtarıb  Kəlbəcərə 
köç  edərkən  Sarı  yer  adlanan  ərazidə  qar  çovğununa 
düşərək  həlak  olmuşdur. 1921-1922-ci  illərdə  göyçəli-



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin