Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə167/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   163   164   165   166   167   168   169   170   ...   174
             
                           
                          Ayrılıq belə düşdü
 
 
199 
mənsub olduğu, ümumən Daşkənd nəsillərinin özəyini 
təşkil  edən  Rzalılar nəsli haqqında  topladığım  və sxe-
matik şəkildə tərtib etdiyim şəcərəni də kitaba əlavə et-
məyi məsləhət bildi. 
Rzalılar  nəsli  torpağın  dərin  qatlarından  rişələnən 
əzəmətli çinar ağacına bənzəyir. Yeri gəlmişkən, qeyd 
edim  ki, əslində  elə “şəcərə”  sözünün  mənası da  ağac 
anlamına gəlir. Bəzən şəcərəyə  “nəsil ağacı” da deyir-
lər. Heç də gəlişigözəl söz mənasında mən bu nəsli çi-
nar  ağacına  bənzətmədim.  Daşkənd  kəndində  yaşayan 
nəsillər  haqqında  apardığım  araşdırmalar  nəticəsində 
bir neçə soyun məhz Rzalılar kökündən olduğu məlum 
oldu.  Belə  ki,  kənd  camaatının  “İsmayıllılar”,  “Hacı 
Məhəmmədlilər”,  “Qocamanlılar”,  “Hacı  Dünyamalı-
lar”, “Sarı Əlilər” kimi tanıdığı soylar elə Rzalılar nəs-
linin  budaqlarıdır.  Arxivimdə  olan  Əli  Xəlilova  mən-
sub  əlyazmadan  belə  məlum  olur  ki,  Rzalının  (bəzən 
Rzalıya “Rza Qoca” da deyirmişlər) Məşədi Oruc, Hacı 
Kərim  və  Kərbəlayı  Süleyman  adlı  övladları  olub. 
2007-ci  ildə  85  yaşlı  Qocaman  Qocamanovla  görüş-
lərimin  birində  adını  daşıdığı  Qocaman  babası  haq-
qında  soruşarkən  –  “Qocaman  babamın  Hacı  Məhəm-
məd adlı bir qardaşı olub. Onların atası Hacı Tanrıverdi 
isə Rzalının nəvəsidir”, – dedi. Deməli, onda belə mə-
lum  olur  ki,  Hacı  Tanrıverdinin  atası  Abdulla  Məşədi 
Oruc, Hacı Kərim və Kərbəlayı Süleymanın qardaşıdır. 
Yeri  gəlmişkən,  sonralar  Əli  Xəlilov  Rzalılar  nəslinin 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin