|
Sərraf Şiruyə
94
Bütün müəllimlərə çatdır salamı,
Çox yüksək bilirəm mən bu inamı.
Əziz Əli ilə xoş ülfətdəydi,
Hər ikisi oxşar xasiyyətdəydi.
Baxmayaraq Əziz sürücü idi,
O da insanlıqdan bilici idi.
Əvvəldən səmimi dost idi onlar,
Bir-birin evinə gediş-gəliş var.
Evlərin xanımı – Sumaya, Gülşad,
Bu dostluq ülfətdən olmuşdular şad.
Bəli, ay oxucum, İlham ki, gəldi,
Qaldı Əlyargildə, orda dincəldi.
Sabah tezdən gəldi bibisigilə,
Ancaq ki bu evə çatmamış hələ.
Bir neçə qız gördü yol ayrıcında,
Hansısa bir maraq oyandı canda.
Üzünü çevirdi Əlyara sarı:
Dedi – mənə tanıt sən o qızları.
Qırmızı koftalı bax o qız kimdir?
Ətrafda nur saçan o ulduz kimdir?
|
|
|