Sərraf Şiruyə
90
Bir dön geriyə bax hanı Süleyman?
Hanı Firon, Nəmrud, Salsal bey İman?
Cəmşidin taxtından hanı nişana?
Hanı Teymurləngə süd verən ana?
Torpaqdan yarandı, torpağa döndü,
Nə var yanan şamlar axırda söndü.
– Söndü Niftalının ömür şamı da,
Puç
oldu arzusu, təb, ilhamı da.
Ümid gümanları düşdü kilidə,
Göz önünə Göyçə gəldi yenə də.
Ankara Göyçədi nəzərlərində,
Onun səmasının hər bir yerində.
Görürdü Göyçənin uca dağını,
Görürdü öz doğma od-ocağını.
Reyhan qızını ana bilirdi,
Ayhana hey Sübə, Sənəm deyirdi.
Ata, qardaş idi İrfan surəti,
Əcəl tamamladı bu hekayəti.
Tapşırdı canını altmış dörd yaşda,
Cavanlıq havası olsa da başda.