Sərraf Şiruyə
88
XII
NİFTALININ VƏFATI
Nə qədər can deyib, əzizləsə də,
Nə mənli dünyadı, nə sənli dünya.
Nazlı gözəl kimi əl eyləsə də,
Nə mənli dünyadı, nə sənli dünya...
Son payı beş arşın kəfənli dünya.
Meylini meylinə salsan da belə,
Qoynunda min zəfər çalsan da belə.
Mən nökər, sən ağa olsan da belə,
Nə mənli dünyadı, nə sənli dünya...
Son payı beş arşın kəfənli dünya.
Gözəlliyə güvənməyin gözəllər,
Yuyucular sizi təzdən bəzərlər.
Torpaqda çürüyər o göz, o əllər,
Nə mənli dünyadı, nə sənli dünya...
Dostları ilə paylaş: |