|
Sərraf Şiruyə
84
Ona görə görüş, bəxşiş olmazdı,
Hələlik bu məna bir duyulmazdı.
– Bəlkə elə döndü çarxın gərdişi,
Tərsinə döndərdi bütün hər işi.
Bu ümid, gümanla hələlik duraq,
Əli şərəfinə bir məclis quraq.
Kolxoz sədri gəlib o, Subatana,
1
Məğrur baxışlarla baxır dörd yana.
Əli ünvanına böhtan atanlar,
Anonim yazanlar, ara qatanlar.
Ancaq deyimləri düşüb təsirdən,
Əlləri üzülüb bütün hər yerdən.
Daha Niftalıdan yaza bilmirlər,
O mətləb üstünə əsla gəlmirlər.
Yazırlar kolxozdan, ferma işindən,
Rəhbər işçilərin get-gəlişindən.
İşə cəlb edirlər qadınları da,
Bəd yola çəkirlər bax onları da.
1
Subatan – Basarkeçər rayonunda kənd.
|
|
|