Sərraf Şiruyə
82
Bu gəzdiyi dağ-dərə, su içdiyi bulaqlar,
Şoşan, yemlik yığdığı biçənək aralıqlar.
Bax bu da “Su tökülən”, bu da “Borda təpəsi”,
Niyə nədən təntidi görən onun nəfəsi?
Kişnədi şahə qalxdı, onun xəyal köhləni,
Dedi ki, indi apar, Ankaraya sən məni.
Dayan, oxucum, dayan, bu görüş də olacaq,
Ancaq ki, bu görüşdə görən kimlər olacaq.
Bunu bir Allah bilir, biz isə gümandayıq,
Zamanın hakimləri, deyir ki, dumandayıq.
Bir Allah qova bilər, bu yoldan duman, çəni,
Onda görə bilərik, könüllər istəyəni.
Ümid də yaxşı şeydi, biz sığınaq ümidə,
Ümid bizi apardı, bu görüşə bəlkə də.
Hələlik məktublaşma davam etsin qoy belə,
Gəl mənim yol-yoldaşım, gəl biz verək əl-ələ.
Yola davam eyləyək Allah köməkdar olsun,
“Allah-Əkbər” kəlməsi dilimizdə car olsun.
|