Sərraf Şiruyə
78
Enişdə, yoxuşda
yormuşam səni,
Borana, yağışa salmışam səni.
Gəl ey, səyyah dostum, gəl ey, sirdaşım,
Məndən uzaq düşmə, ey yol yoldaşım.
Gəl, dönək, boylanaq keçmişə yenə,
O keçmiş doğmadı mənə, həm sənə.
Gəl, gəl yada salaq üçkünc məktubu,
Əziz dedi: – İntizarım budu, bu!
Məktub həsrət oldu Reyhana da,
Bu xoş xəbər yetişmədi ona da.
O da
axirətə həsrətlə getdi,
Son anda könlündən Niftalı ötdü.
İndi Niftalıdan gəlibdi məktub,
Məktubun sədası yer-göyü tutub.
Bir yanda sevinc var, bir
yanda yas var,
Bunun hər birinə böyük əsas var.
Bu bir sevincdir ki, Niftalı sağdı,
Bəs görək sonrası nə olacaqdı?
Əli partiyaçı, rəhbər işçidi,
Bu da öz işində bir döyüşçüdü.