|
Sərraf Şiruyə
74
“Rzallı” adıynan bunlar anılıb,
Neçə tirə ilə eldə tanınıb.
Xəlil kişi Məşədi Orucun oğluydu,
Onun qol-budağı yaman çoxluydu.
“Hacı Məhəmmədlər”, “Dünyamalılar”,
Həm “Qocamanlılar”, “İsmayıllılar”.
Qoç Alıdan bəri “Sarı Əlilər”
Bir kökün qoluydu “Babakişilər”.
Hələ sanamıram qudalıqları,
Bax “Rzallı” birləşdirir bunları.
Əli ocağıdı indi bu mərkəz,
Təsif saxlamaqda yox ona əvəz.
Həmişə birliyə gələn tayfadı,
Əmin-amanlığı sevən tayfadı.
Sülhə çağırandı eli, obanı,
Alimi, həkimi hər bir çobanı.
İnsanlıq elmindən dərs alıbdılar,
Halal zəhmət ilə ucalıbdılar.
|
|
|