|
Ayrılıq belə düşdü
69
Yay vaxtı gələrdi Özbək dostları,
Bir ay saxlayardı Əli onları.
Gəzdirərdi dərələri, dağları,
Dörd yanı lilparlı gur bulaqları.
Beləydi bu kənddə elin adəti:
Qonağa etməli hamı hörməti.
Fərq etməzdi qonaq kimdi, kimnəndi,
El adəti ancaq bir hökümnəndi.
Hörmət bəsləməli hamı qonağa,
Süfrə açıb çağırmalı otağa.
Dostlar da gələrdi süfrə başına,
Dönüb olardılar can sirdaşına.
Şərab süzülərdi, tost deyilərdi,
Hətta ki, məclisə saz da gələrdi.
Şeir söylənərdi, saz dinlənərdi,
Bütün qonaqların üzü gülərdi.
Şeir söyləndikcə şair Əlişirdən,
Alqışlar qopardı lap yerbə-yerdən.
Bağrına basardı ozan da sazı,
Ruhu məst edərdi onun avazı.
|
|
|