Kimə qaldı o bağçalar, o bağlar, Puça döndü o zəhmətlər, ay Allah. Min zəhmətlə Əli salan o bağa, Sahib çıxdı gavır itlər, ay Allah. Uzandı üstünə qəzanın əli, Qan törətdi keşişlərin əməli. Qaçqın oldu, köçkün oldu göyçəli, Talan oldu bütün kəndlər, ay Allah. Keytiyə, Murova çıxa bilmirik, Güc gəlib həsrəti yıxa bilmirik. Ta indi Göyçəyə baxa bilmirik, Bağlanıbdır bərə bəndlər, ay Allah.
Oxucum, bağışla bir az tələsdim,
Neyləyim, sitəmdən titrədim, əsdim.