O dünyana tutar üçün,
Bu dünyadan halalıq al.
Hər gördüyün, görüşdüyün,
Qohum, yaddan halalıq al.
Sərraf Şiruyə
62
Məzarına nur apar get,
Yaxşı əməl sür apar get.
Eylikdən qürur apar get,
Hər bir zaddan halalıq al.
Fani ağa bükər səni,
Məzar səmtə çəkər səni.
İsidibsə əgər səni,
Ocaq, oddan halalıq al.
Ayrılıq belə düşdü
63
VII
ƏLİ DAŞKƏNDDƏ BAĞ SALIR
Oxucum, əzəldən sənə demişdim,
Daşkənd daşlıq idi, mən bildirmişdim.
Bağ-bağça olsa da özgə kəndlərdə,
Bir ağac yox idi, bu tərəflərdə.
Dörd min hektar yeri olan bir kəndin,
Nə qədər gəzsən də bərəsin, bəndin.
Bir meyvə ağacı tapa bilməzdin,
Meşə ağacı da əsla görməzdin.
Üç-dörd yerdə söyüd ağacı vardı,
Onlara baxmaqda mətah olardı.
Bir neçəsi “Cabbarlı”da var idi,
Ona da çoxları ixtiyar idi.
Var idi bir neçə qızılgül kolu,
Tamam bağlı idi onun da yolu.
Hasara almışdı Səlimov Şahbaz,
Hamsı da deyirdi: Əl vurmaq olmaz!
Açanda qoxusu ətir saçırdı,
Ətrafda kim varsa ora qaçırdı.
|